SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İraqdakı silahlı dəstələrin mövqelərinə cavab zərbələri endirib - 20 ölü

2026.07.29, 11:20
Səudiyyə Ərəbistanı İraqdakı silahlı dəstələrin mövqelərinə cavab zərbələri endirib - 20 ölü

Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri İraq ərazisində İranyönümlü silahlı dəstələrin mövqelərinə zərbələr endirib.

Gunaz.tv

Bunu krallığın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türki əl-Maliki bildirib.

Onun sözlərinə görə, əməliyyat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə həyata keçirilib. Hədəflər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumlarda əli olan silahlı dəstələrin obyektləri olub.

Əl-Maliki vurğulayıb ki, zərbələr özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində endirilib

İraqın İrana bağlı Xalq Səfərbərlik Qüvvələri (Haşd əş-Şəbi) məlumatına görə isə, ABŞ və Səudiyyə Ərəbistanının İraq ərazisində qruplaşmaya məxsus bir neçə bazaya endirdiyi zərbələr nəticəsində azı 20 üzv həlak olub, 32 nəfər isə yaralanıb.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar