SON XƏBƏRLƏR

İraqda beş iranlı hərbçinin öldürüldüyü bildirilir

2026.07.29, 20:00
İraqda beş iranlı hərbçinin öldürüldüyü bildirilir

Bağdadda İran bayrağına bükülmüş tabutlar nümayiş etdirildi. Həşd əş-Şəbi mənbələri İrana məxsus beş hərbçinin İraqda öldürüldüyünü bildirir.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, AFP iki Həşd əş-Şəbi mənbəsinə istinadən xəbər verib ki, ABŞ və Səudiyyə Ərəbistanının bu silahlı qruplaşmanın mövqelərinə endirdiyi birgə zərbələr nəticəsində beş “iranlı hərbi müşavir” həlak olub.

Məlumata görə, AFP-nin Bağdaddakı müxbirləri həlak olanların dəfn mərasimində İran bayrağına bükülmüş tabutların daşındığını müşahidə ediblər. Bu hadisə İranın İraqdakı Tehrana bağlı silahlı qruplaşmaların strukturunda iştirakını bir daha gündəmə gətirib.

Həşd əş-Şəbiyə yaxın iki mənbə bildirib ki, iranlı “hərbi müşavirlər” İraqın Diyalə vilayətində həyata keçirilən hücum zamanı öldürülüblər.

Bundan əvvəl SEPAH-a yaxın bəzi İran mediası da həmin hücumlarda SEPAH-ın dörd üzvünün öldürüldüyünü yazmışdı. Lakin İran rəsmiləri indiyədək həlak olanların kimliyi və dəqiq sayı barədə məlumat verməyiblər.

İran uzun illərdir İraq, Suriya və Yəmən kimi ölkələrdə fəaliyyət göstərən hərbi qüvvələrini “hərbi müşavir” adlandırır. Bu fəaliyyət isə bölgədə davam edən gərginlik və tənqidlərin əsas mövzularından biri olaraq qalır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar