SON XƏBƏRLƏR

Müqtəda əs-Sədr: SEPAH və Həşd əş-Şəbi İraqı müharibəyə sürükləməsin

2026.07.29, 21:08
Müqtəda əs-Sədr: SEPAH və Həşd əş-Şəbi İraqı müharibəyə sürükləməsin

Sədr: “İraqın sülhə ehtiyacı var”

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İraqda Sədr hərəkatının lideri Müqtəda əs-Sədr İran rejiminin dəstəklədiyi silahlı qrupların fəaliyyətini tənqid edərək, SEPAH və Həşd əş-Şəbi qüvvələrini İraqı regional müharibələrdən uzaq saxlamağa çağırıb.

Əs-Sədr çərşənbə günü yayımladığı bəyanatda Həşd əş-Şəbi qruplarını “özbaşına silahlı dəstələr” adlandırıb və onlardan ərəb körfəzi ölkələrinin İraqı hədəfə alması üçün “bəhanə verməməyi” istəyib. O, eyni zamanda SEPAH-a da müraciət edərək İraq ərazisini hədəf almamağa çağırıb.

Sədr İraqa qarşı hücumları pisləməklə yanaşı, “özbaşına silahlı qrupların İraqı mənasız müharibəyə sürükləyən addımlarını” da qınayıb. O, İraq hökumətini ölkədə təhlükəsizliyi və dövlət suverenliyini təmin etməyə çağırıb.

Müqtəda əs-Sədr bəyanatının sonunda vurğulayıb: “İraqın və İraq xalqının sülhə ehtiyacı var.”

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar