SON XƏBƏRLƏR

İran Kiprə xəbərdarlıq etdi

2026.07.30, 19:35
İran Kiprə xəbərdarlıq etdi

Tehran Kiprdəki xarici hərbi bazalardan İrana qarşı istifadə olunmaması barədə xəbərdarlıq edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi Kiprə xəbərdarlıq edərək bildirib ki, bu ölkədə yerləşən xarici hərbi bazalardan İrana qarşı düşmənçilik məqsədilə istifadə olunması “təcavüzdə iştirak” kimi qiymətləndiriləcək.

Əraqçi vurğulayıb ki, əgər hər hansı ölkə öz ərazisini başqa bir dövlətin düşmənçilik xarakterli əməliyyatları üçün istifadəyə verərsə, bu addım İranın mövqeyinə görə “təcavüzdə iştirak” hesab olunacaq.

Bunun müqabilində Kiprin xarici işlər naziri Konstantinos Kombos bildirib ki, ölkəsi Böyük Britaniyadan Kiprdə yerləşən xarici hərbi bazaların heç bir ölkəyə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyinə dair təminat alıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar