SON XƏBƏRLƏR

Səudiyyənin dəniz koalisiyasına Türkiyədən dəstək

2026.07.30, 20:37
Səudiyyənin dəniz koalisiyasına Türkiyədən dəstək

Ankara yeni beynəlxalq dəniz təhlükəsizliyi koalisiyasını dəstəklədiyini açıqlayıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Türkiyə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılan çoxmillətli dəniz koalisiyasına dəstəyini açıqlayıb.

Koalisiya beynəlxalq gəmiçilik marşrutlarının qorunması, qlobal ticarəti təhdid edən təhlükələrə qarşı mübarizə və Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yaradılır.

Türkiyə Səudiyyə Ərəbistanı, Pakistan, Misir, Qətər, Küveyt, Bəhreyn, İordaniya və digər ölkələrlə birlikdə bu müdafiə təşəbbüsünü dəstəkləyən 14 ölkədən biri olub.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, Ankaranın koalisiyaya dəstəyi dəniz ticarətinin qorunmasına və bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib.

Koalisiyanın əsas qərargahının Səudiyyə Ərəbistanında yerləşəcəyi, digər ölkələrin isə daxili hüquqi prosedurları tamamladıqdan sonra rəsmi şəkildə təşəbbüsə qoşula biləcəyi bildirilib.

 

GunAz TV
R.G

43 ölkə Ər-Riyadda bir araya gəldi

2026.07.30, 18:38

43 ölkə Ər-Riyadda bir araya gəldi

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar