SON XƏBƏRLƏR

Kiprdə SEPAH-a məlumatlar ötürən Azərbaycan vətəndaşı saxlanılıb

2026.07.31, 14:16
Kiprdə SEPAH-a məlumatlar ötürən Azərbaycan vətəndaşı saxlanılıb

Londonda yaşayan Azərbaycan və Britaniya vətəndaşı Rəşad Sultanov 17 iyulda Kiprdə saxlanılıb.

Gunaz.tv

Britaniya polisinin məlumatına görə, Sultanov Kiprdə yerləşən RAF Akrotiri hərbi hava bazasını izləməkdə və topladığı məlumatları İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) ötürməkdə şübhəli bilinir.

Bu araşdırma Britaniyanın Milli Təhlükəsizlik Qanunu çərçivəsində ölkə xaricində aparılan ilk istintaqdır. 

İddialara görə, Sultanov ötən ilin 11 may - 22 iyun tarixləri arasında hərbi baza haqqında müşahidələr aparıb və əldə etdiyi məlumatları İrana ötürüb.

RAF Akrotiri Kiprin 1960-cı ildə müstəqillik qazanmasından sonra Britaniyanın adada saxladığı iki hərbi bazadan biridir. Bu baza əvvəllər İraq, Suriya və Yəməndəki hərbi əməliyyatlarda da istifadə olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar