SON XƏBƏRLƏR

Sepah komandiri İraqda həlak olub

2026.07.31, 15:29
Sepah komandiri İraqda həlak olub

ABŞ və Səudiyyə Ərəbistanının İraqda İrana bağlı Həşəd Şəbi silahlı qruplaşmasının bazalarına son hücumları zamanı Sepah-ın Qüds Qüvvələrinin komandirlərindən olan Hacı Əli İqbalpur həlak olub.

Gunaz.tv

Bu haqda sosial media kanallarında məlumat yayılıb.

Onun  Qüds Qüvvələri ilə İraqın şimal bölgələri və Kərkük arasında koordinasiya üzrə məsul olduğu bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ və Səudiyyə Ərəbistanının İraqda İrana bağlı Həşəd Şəbi silahlı qruplaşmasının bazalarına son hücumu nəticəsində Hacı Əli İqbalpurla yanaşı daha dörd Sepah üzvü öldürülüb.

Məlumat İran tərəfindən rəsmi şəkildə təsdiq edilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar