SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır

2026.07.31, 20:32
Səudiyyə Ərəbistanı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır

Məlumatlara görə, Ər-Riyad husilərə qarşı yeni hərbi əməliyyata hazırlaşır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, The Guardian qəzeti Yəməndəki mənbələrə istinadən yazıb ki, Səudiyyə Ərəbistanı husilərə qarşı dənizdən və ehtimal ki, Yəmənin mərkəzindən quru istiqamətində genişmiqyaslı hərbi əməliyyata hazırlaşır.

Məlumata görə, əməliyyatın məqsədi husilərin hücumlarını dayandırmaq və Səudiyyə Ərəbistanının Qırmızı dənizin cənubu vasitəsilə həyata keçirdiyi neft ixracı marşrutlarının təhlükəsizliyini təmin etməkdir.

The Guardian həmçinin bildirib ki, Səudiyyə qüvvələri Yəmənin şərqindən geri çəkilir. Yəmənli mənbələrin sözlərinə görə, bu addım mümkün quru əməliyyatına hazırlığın bir hissəsi ola bilər.

Bu məlumatlar Ər-Riyadın eyni zamanda husilərin hücumlarına qarşı Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq dəniz koalisiyası yaratmağa çalışdığı bir vaxta təsadüf edir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar