SON XƏBƏRLƏR

İran qəzetləri Müctəba Xameneinin media səssizliyinə haqq qazandırmağa çalışır

2026.08.02, 12:30
İran qəzetləri Müctəba Xameneinin media səssizliyinə haqq qazandırmağa çalışır

Müctəba Xamenei hələ də ictimaiyyət qarşısına çıxmır. Onun səsi niyə yayımlanmır? İran qəzetləri iddia edir ki, səs yazısının yayılması belə təhlükəsizlik riski yarada bilər.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, “Həmşəhri” qəzeti Müctəba Xameneiyə aid səs yazısının yayımlanmamasını təhlükəsizlik mülahizələri ilə əlaqələndirib və iddia edib ki, müasir səs analiz texnologiyaları bir audio fayldan həssas məlumatlar əldə etməyə imkan verir.

Qəzet 1 avqust tarixli sayında Müctəba Xameneidən “İnqilabın üçüncü lideri” kimi bəhs edərək yazıb ki, qabaqcıl səs analizi texnologiyaları yazılmış bir fayldan çəkiliş yeri və vaxtı, istifadə olunan avadanlıq, eləcə də danışanın bəzi xüsusiyyətləri barədə məlumat çıxara bilir.

“Həmşəhri” həmçinin bildirib ki, səs əks-sədasının və akustik xüsusiyyətlərin təhlili otağın ölçüsü, tavanın hündürlüyü, danışanın divarlardan məsafəsi və səthlərin növü barədə məlumat verə bilər. Qəzetin yazdığına görə, audio faylda qeydə alınan elektrik şəbəkəsinin tezlik dəyişmələri də bəzi hallarda səs yazısının çəkildiyi vaxtı və coğrafi bölgəni müəyyən etməyə imkan yaradır.

Məqalədə qeyd olunur ki, mikrofon və səs yazma cihazlarının texniki xüsusiyyətləri, havalandırma sistemləri, nəqliyyat və sənaye avadanlıqlarından gələn fon səsləri, eləcə də danışanın nəfəsalma və pauza nümunələri kəşfiyyat araşdırmalarında istifadə oluna bilər.

Bununla belə, “Həmşəhri” Müctəba Xameneinin səsinin yayımlanmaması ilə bu təhlükəsizlik mülahizələri arasında birbaşa əlaqəni təsdiqləyən heç bir mənbə və ya sübut təqdim etməyib və məsələni yalnız texniki ehtimal kimi qiymətləndirib.

Müctəba Xamenei İranın ali rəhbəri elan olunduqdan sonra indiyədək ictimaiyyət qarşısına çıxmayıb, ondan heç bir səs və ya görüntü yayımlanmayıb. O, atası Əli Xameneinin dəfn mərasimində də iştirak etməyib.

 


GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar