SON XƏBƏRLƏR

Ukrayna İranı “Flaminqo” raketi ilə hədələdi

2026.08.02, 15:30
Ukrayna İranı “Flaminqo” raketi ilə hədələdi

Ukraynanın “Flaminqo” raketinin 3 min kilometr uçuş məsafəsinə malik olduğu bildirilib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Ukraynanın Fire Point şirkətinin direktoru Denis Ştilman “Flaminqo” raketlərinin 3 min kilometr məsafəni qət etmək imkanına malik olduğunu açıqlayıb.

Ştilman bildirib: “Flaminqolar İranda yaşayırmı? Bunu tezliklə öyrənəcəyik. Ukraynanı raketlə hədələyən hər kəsə xatırladırıq: bizim flaminqolarımız 3 min kilometr məsafəyə uça bilir.”

Bu açıqlama İranın Qara dənizdə və ya Xəzər dənizində gəmisinə edilən hücuma cavab olaraq Ukraynaya zərbə endirməyi planlaşdırdığına dair yayılan məlumatlardan sonra səsləndirilib.

Rəsmi Kiyev bu məlumatlarla bağlı hələlik əlavə açıqlama verməyib. İran tərəfi də iddiaları təsdiq və ya təkzib edən rəsmi bəyanat yaymayıb.

 

GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar