SON XƏBƏRLƏR

İsrail: Razılaşma olsa belə, İrana hücum edəcəyik

2026.08.03, 09:03
İsrail: Razılaşma olsa belə, İrana hücum edəcəyik

İsrail: Nüvə proqramı bərpa olunarsa, razılaşmadan asılı olmayaraq İrana zərbə endirəcəyik.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin energetika naziri və ölkənin Təhlükəsizlik Kabinetinin üzvü Eli Kohen bildirib ki, İsrail və ABŞ regiondakı bütün proseslərlə bağlı sıx təhlükəsizlik və kəşfiyyat koordinasiyası aparırlar.

Kohen Tehrana qarşı təzyiq siyasətinin davam edəcəyini vurğulayaraq deyib: “Razılaşma ilə və ya razılaşma olmadan, hər hansı xarici öhdəlikdən asılı olmayaraq, əgər İran nüvə proqramını yenidən bərpa etməyə və ya ballistik raket sənayesini inkişaf etdirməyə cəhd etsə, biz hazır olacağıq. Hərəkət edəcəyik və hücum edəcəyik.”

Bu açıqlama ABŞ Prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtonda keçirdiyi görüşdən sonra səsləndirilib. İsrailli bir rəsminin sözlərinə görə, tərəflər görüşdə İranın nüvə proqramının qarşısını almaq üçün bütün mümkün variantları, o cümlədən diplomatiya, iqtisadi təzyiq və hərbi gücdən istifadə imkanlarını müzakirə ediblər.

İran isə nüvə proqramının hərbi məqsəd daşımadığını bildirir və nüvə silahı əldə etməyə çalışdığına dair iddiaları rədd edir.

 


GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar