SON XƏBƏRLƏR

Ərzaq qiymətlərinin kəskin bahalaşması İranda ailələri sıxışdırır

2026.08.03, 13:31
Ərzaq qiymətlərinin kəskin bahalaşması İranda ailələri sıxışdırır

İranda ərzaq məhsullarının qiymətləri artmaqda davam edir.

Gunaz.tv

Rouydad24 xəbər portalının məlumatına görə, son bir il ərzində toyuq ətinin qiyməti təxminən 190% bahalaşıb.

Məlumata əsasən, pasterizə olunmuş südün qiyməti illik müqayisədə 150%, qatığın qiyməti isə təxminən 130% artıb. Yemək yağlarında isə daha kəskin bahalaşma qeydə alınıb. Belə ki, maye yağın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 340%-dən çox, bərk yağın qiyməti isə təxminən 400% yüksəlib.

Rouydad24 bildirib ki, bir çox ailə əvvəlcə qırmızı əti gündəlik qida rasionundan çıxarıb, daha sonra isə toyuq əti və süd məhsullarının istehlakını azaltmağa məcbur olub. Nəşrin vurğuladığına görə, indi isə yumurta, yemək yağı və çörək kimi əsas ərzaq məhsulları belə sürətlə əlçatmaz hala gəlir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar