SON XƏBƏRLƏR

İran razılaşma olmadan heç nəyə nail ola bilməyəcək

2026.08.03, 21:40
İran razılaşma olmadan heç nəyə nail ola bilməyəcək

Hörmüz boğazı ABŞ-ın nəzarətindədir.

Gunaz.tv

Gunaz TV xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini sərt tənqid edərək onları "ikili mövqe" tutmaqda ittiham edib və bildirib ki, İran ABŞ-ın razılığı olmadan heç bir məqsədinə çata bilməyəcək.

Tramp "Truth Social" platformasında paylaşdığı açıqlamada iddia edib ki, İran rəhbərliyi bir tərəfdən Vaşinqtonla görüş və danışıqlara maraq göstərir, digər tərəfdən isə ictimaiyyət qarşısında ABŞ ilə hər hansı danışıqları inkar edir və yalnız Oman vasitəsilə əlaqədə olduğunu bildirir.

ABŞ prezidenti həmçinin Hörmüz boğazına toxunaraq İranın bu strateji keçidə nəzarət etdiyi barədə açıqlamalarını rədd edib. O, boğazın hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin tam nəzarətində olduğunu və bölgədə tətbiq edilən dəniz mühasirəsinin davam etdiyini iddia edib.

Tramp vurğulayıb ki, razılaşma əldə olunmayacağı və ya İran geri addım atmayacağı təqdirdə, Tehranın iqtisadi və strateji baxımdan heç bir üstünlük əldə etməsi mümkün olmayacaq.

ABŞ prezidenti bir daha bəyan edib ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır və bunun üçün diplomatik, iqtisadi və hərbi variantların hamısı masada qalır.

Bu açıqlamalar Trampın İranla danışıqların başlaya biləcəyini bildirməsindən sonra səsləndirilib. Rəsmi Tehran isə ABŞ ilə birbaşa danışıqlar aparıldığı barədə iddiaları rədd etməyə davam edir.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar