SON XƏBƏRLƏR

Pezeşkian: İran müharibəni davam etdirmək və ya genişləndirmək niyyətində deyil

2026.08.04, 11:37
Pezeşkian: İran müharibəni davam etdirmək və ya genişləndirmək niyyətində deyil

İran Prezidenti Məsud Pezeşkianın sözlərinə görə, ölkəsi öz ərazi bütövlüyünü qoruyacaq, lakin müharibəni davam etdirmək və ya genişləndirmək niyyətində deyil.

Gunaz.tv

"Münaqişə istər məhəllədə, istər şəhərdə, istər ölkə daxilində, istərsə də dövlətlər arasında olsun, ortaya çıxmış bir xəstəlikdir. Biz sərhədlərimizi müdafiə edəcəyik, amma müharibəni genişləndirmək və ya davam etdirmək niyyətində deyilik", – deyə o bildirib.

İran prezidenti milli təhlükəsizliyi ölkə daxilindəki birlik və həmrəyliklə əlaqələndirərək bildirib ki, daxili parçalanmaların aradan qaldırılması xarici müdaxilələrin qarşısını almağa kömək edə bilər.

"Bu şəraitdə sağlam bir cəmiyyət qurmaq üçün çalışmalıyıq ki, düşmən bu cəmiyyətə nüfuz etməyə, sosial toxumamızı parçalamağa və onu məhv etməyə cəsarət etməsin", – deyə Pezeşkian əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar