SON XƏBƏRLƏR

Hörmüz üçün kritik saatlar; Sabahadək razılaşma olacaq?

2026.08.04, 16:50
Hörmüz üçün kritik saatlar; Sabahadək razılaşma olacaq?

Razılaşma yalnız Hörmüz boğazının yenidən açılması ilə bağlıdır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın maliyyə naziri Vaşinqtonla Tehran arasında danışıqların davam etdiyini və tərəflərin çərşənbə gününədək Hörmüz boğazının yenidən açılması ilə bağlı razılığa gələ biləcəyini bildirib. Onun sözlərinə görə, belə bir razılaşma qlobal enerji bazarında sabitliyin qorunmasına kömək edə bilər.

ABŞ-ın maliyyə naziri Skott Bessent çərşənbə axşamı CNBC telekanalına müsahibəsində danışıqların gedişindən danışaraq deyib: “Biz iranlılarla danışıqlar aparırıq və düşünürəm ki, bu gün və ya sabah boğazın yenidən açılması və münaqişədə daha normal vəziyyətə doğru irəliləmək üçün razılığa gəlmək ehtimalı var.”

O, razılaşmanın İrana boğazdan keçən gəmilərdən rüsum almaq imkanı verib-verməyəcəyi ilə bağlı suala cavabında bildirib: “Düşünürəm ki, söhbət sərbəst hərəkət azadlığından gedir.”

ABŞ prezidenti Donald Tramp isə İrana çərşənbə axşamınadək Omanın vasitəçiliyi ilə Hörmüz boğazının yenidən açılması barədə razılığa gəlmək üçün vaxt verib. Tramp bazar ertəsi Ağ Evdə danışıqların davam etdiyini təsdiqləyərək boğazın çərşənbə axşamınadək açılacağını gözlədiyini bildirib.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar