SON XƏBƏRLƏR

Husilərdən Səudiyyə Ərəbistanına yeni hücum iddiası

2026.08.04, 17:30
Husilərdən Səudiyyə Ərəbistanına yeni hücum iddiası

Husilər Nəcran hava limanında “həssas” hədəfi vurduqlarını iddia edirlər.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Yəmənin husi qruplaşması pilotsuz uçuş aparatı ilə Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran hava limanında “həssas” hədəfi vurduğunu iddia edib.

Husilərin hərbi sözçüsü Yəhya Səri çərşənbə axşamı bildirib: “Bu əməliyyat uğurla həyata keçirilib və Səudiyyə Ərəbistanının Səədə və Həccə vilayətlərinin hava məkanını pozmasına cavab olaraq icra olunub.”

Bu iddia husilərlə Səudiyyə Ərəbistanı arasında gərginliyin yenidən artdığı bir vaxtda səsləndirilib. Husilər bundan əvvəl Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini və bu ölkə ilə əlaqəli gəmiləri hədəf aldıqlarını açıqlamışdılar. Bu addımlar bölgədə qarşıdurmanın daha da genişlənəcəyi ilə bağlı narahatlıqları artırıb.

Xəbərin yayımlandığı vaxta qədər Səudiyyə Ərəbistanı rəsmiləri husilərin Nəcran hava limanına hücum iddiası ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar