SON XƏBƏRLƏR

İran Hörmüz boğazı ilə bağlı razılaşmanı ABŞ-la deyil, Omanla danışıqlar kimi təqdim etməyə çalışır

2026.08.05, 11:18
İran Hörmüz boğazı ilə bağlı razılaşmanı ABŞ-la deyil, Omanla danışıqlar kimi təqdim etməyə çalışır

İran Hörmüz boğazında gələcək gəmiçilik qaydaları ilə bağlı danışıqları ABŞ-la daha geniş razılaşmanın bir hissəsi kimi deyil, Omanla aparılan danışıqlar kimi təqdim etməyə çalışır.

Gunaz.tv

Məqsəd Vaşinqtona güzəştə getdiyi görüntüsündən yayınmaqdır. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) çərşənbə axşamı yayımladığı hesabatda bildirib.

Analitik mərkəz media məlumatlarına və regional vasitəçilərə istinadən qeyd edib ki, ABŞ və Qətərin vasitəçiləri Hörmüz boğazında kommersiya gəmiçiliyinin müharibədən əvvəlki səviyyəyə qaytarılmasını nəzərdə tutan təklif irəli sürüblər.

Məlumata görə, İran nümayəndə heyəti isə boğazda dəniz nəzarəti və müdaxilə hüququnu qoruyub saxlamağa, həmçinin xidmət haqlarının alınması, blokadanın yumşaldılmasısanksiyaların yüngülləşdirilməsi ilə bağlı təminatlar əldə etməyə çalışır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar