SON XƏBƏRLƏR

Deputat: İranın xarici işlər naziri ABŞ-la danışıqlarla bağlı parlament qarşısında hesabat verməlidir

2026.08.05, 12:49
Deputat: İranın xarici işlər naziri ABŞ-la danışıqlarla bağlı parlament qarşısında hesabat verməlidir

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə aparılan danışıqlar barədə parlamentə ətraflı hesabat verməlidir.

Gunaz.tv

Bu barədə deputat Kamran Qəzənfəri çərşənbə günü bildirib və qeyd edib ki, parlament üzvlərinin əksəriyyəti danışıqların detalları barədə məlumatlandırılmayıb.

Qəzənfəri İranın Didban Iran saytına bildirib ki, Əraqçi danışıqları parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında müzakirə etsə də, həmin məlumatlar digər deputatlarla paylaşılmayıb.

"Bu məsələ xarici işlər nazirinə ünvanlanacaq rəsmi parlament sorğusu vasitəsilə gündəmə gətirilməlidir", – deyə Qəzənfəri bildirib.

Onun sözlərinə görə, bir neçə deputat artıq Əraqçinin parlamentdə rəsmi şəkildə sorğu-suala tutulması prosesinə başlayıb. Lakin onların təqdim etdikləri sorğular gündəliyə çıxarılmazdan əvvəl parlament prosedurlarından keçməlidir.

Parlamentin sədri və eyni zamanda İranın baş danışıqçısı olan Məhəmməd-Baqir Qalibafın bu prosesə mane olub-olmayacağı ilə bağlı suala cavabında Qəzənfəri bunun necə inkişaf edəcəyini gözləməyin lazım olduğunu bildirib.

O qeyd edib ki, Qalibaf Prezident Məsud Pezeşkian hökumətini dəstəkləyir və deputatlar sorğuların parlamentin gündəliyinə çıxarılmasını gözləməlidirlər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar