SON XƏBƏRLƏR

İran Milli Neft Şirkətinin hesabları donduruldu

2026.08.05, 15:46
İran Milli Neft Şirkətinin hesabları donduruldu

Dövlətə məxsus Sənaye və Mədən Bankı borc səbəbindən İran Milli Neft Şirkətinin hesablarını dondurub.

Gunaz.tv

Bu haqda "Fars" xəbər agentliyi məlumat yayıb. 

Bu qərarı tənqid edən "Fars", büdcə qanununa görə, Milli Neft Şirkətinin borclarının 2026-cı ilin sonuna qədər təxirə salındığını və şirkətin onları ödəmək üçün martın ortalarına qədər vaxtının olduğunu iddia edib. 

Sənaye və Mədən Bankı və Milli Neft Şirkəti hələ borcun məbləği və hesabın dondurulmasının nəticələri barədə rəsmi açıqlama verməyib.

2026-cı il büdcəsinin nəzərdən keçirilməsi zamanı Milli Neft Şirkətinin Mərkəzi Banka və kommersiya banklarına olan borclarının bağışlanması üçün əsas məbləğ və faiz məbləği 55 milyard avro olaraq müəyyən edilib.

Bu daxili böhran Milli Neft Şirkətinin illərdir ABŞ sanksiyalarının hədəfi olduğu bir vaxtda baş verir. İndi isə dövlətə məxsus bankın hesablarını dondurması İslam Respublikasının ən böyük neft şirkətinin maliyyə gücü və idarəçiliyi ilə bağlı ciddi suallar doğurub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar