SON XƏBƏRLƏR

İranda edam sayı narahatlıq doğurur- Volker Türk

2026.08.05, 16:23
İranda edam sayı narahatlıq doğurur- Volker Türk

2026-cı ilin mart ayından bəri İranda edam və ölüm hökmlərinin sayının artması narahatlıq doğurur və ölüm hökmü əhali arasında qorxu yaratmaq və narazılığı yatırmaq üçün istifadə olunmağa davam edir.

Gunaz.tv

Bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk məktubunda bildirib.

Onun sözlərinə görə, 19 martdan bəri İranda milli təhlükəsizliklə bağlı ittihamlarla ən azı 56 nəfər edam edilib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı əlavə edib ki, oxşar ittihamlarla 100-dən çox vətəndaş edam olunmaq riski ilə üzləşib və narkotiklə bağlı işlərdə ölüm hökmlərinin icrası narahatlıq doğuran templə davam edir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar