SON XƏBƏRLƏR

İranlı fəal İraqda özünü öldürdü

2026.08.06, 10:23
İranlı fəal İraqda özünü öldürdü

İranın Lorestan əyalətindən olan keçmiş siyasi məhbus və ictimai fəal Mustafa Qasimi Həsənvənd İraqın Ərbil əyalətinin Bəhrərkə şəhərində özünü öldürüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, sığınacaq müraciətinin cavabsız qalmasına və uzun müddətli süründürməçiliklə üzləşməsinə etiraz olaraq BMT-nin binası qarşısında özünə qəsd edib.

Qeyd edək ki, Mustafa Qasimi Həsənvənd İraqa getməmişdən əvvəl 2023-cü ilin sentyabr ayından İranda başlayan etiraz aksiyasında həbs edilib və Xurrəmabad şəhərinin həbsxanasında ağır fiziki və psixi işgəncələrə məruz qalıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar