SON XƏBƏRLƏR

Pezeşkian müxalifləri vətən xaini adlandırdı

2026.08.06, 11:26
Pezeşkian müxalifləri vətən xaini adlandırdı

Ötən ilin dey ayının (yanvar 2026) hadisələrini və çox sayda gəncin ölümünü yaddan çıxarmaq mümkün deyil.

Gunaz.tv

Bunu İran prezidenti Məsud Pezeşkian deyib.

"Xaricdə oturub və özünü ziyalı, alim kimi qələmə verən, etiraz aksiyalarında ölənlərin sayını 30-40 min olduğunu iddia edənlər namərd və vətən xainidirlər",- o əlavə edib.

Qeyd edək ki, İran hökuməti yanvar etirazları zamanı 3000-dən çox şəxsin öldüyünü bildirsə də, qeyri-rəsmi məlumatlarda və insan haqları təşkilatlarının hesabatlarına bu rəqəmin 40 min civarında olduğu deyilir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar