SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda oğurluq halları artıb

2026.08.06, 16:03
Şərqi Azərbaycanda oğurluq halları artıb

Son dörd ay ərzində Şərqi Azərbaycan əyalətinə 2961 oğru həbs edilib.

Gunaz.tv

Bu haqda əyalətin polis idarəsi məlumat yayıb.

Həmin müddət ərzində 48 oğru qrupunun ifşa olunduğu və 134 oğurluq mal alan şəxsin saxlanıldığı bildirilib.

Məlumatda 4 ay ərzində 6630 cinayət işinin açıldığı qeyd olunub.

Qeyd edək ki, son 1 il ərzində əyalətdə həbs edilən oğruların ümumi sayı 8000 nəfər olub.

Bunun işsizlik, inflyasiya və yoxsulluq səviyyəsinin artması ilə bağlı olduğu bildirilir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar