SON XƏBƏRLƏR

BMT İrana etniklərə qarşı repressiyaları pislədi

2026.08.08, 10:00
BMT İrana etniklərə qarşı repressiyaları pislədi

BMT ekspertləri İranda etnik qruplara qarşı repressiyaların güclənməsi barədə xəbərdarlıq edib.

Gunaz.tv

Bu barədə onların yaydığı bəyanatda qeyd olunub.

Birləşmiş Millətlər Təşkilatı müstəqil ekspertlər qrupu tərəfindən verilən bəyanatda İranda etnik qruplara qarşı repressiyaların güclənməsi, edam sayının artmasına görə narahatlıq ifadə olunub.

Bəyanat müəllifləri İslam Respublikasını özbaşına həbslərə, məcburi yoxa çıxmalara, işgəncələrə, məcburi etiraflara və edamlara son qoymağa və beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırıblar.

Həmçinin BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato da repressiyaların dərhal dayandırılmasına çağıran bəyanat yayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar