SON XƏBƏRLƏR

Millət vəkili Türkiyə və Pakistanı "ABŞ nökəri" adlandırdı

2026.08.08, 11:05
Millət vəkili Türkiyə və Pakistanı "ABŞ nökəri" adlandırdı

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə paktı İranda xüsusən mühafizəkarların sərt reaksiyasına səbəb olub.

Gunaz.tv

Bu barədə İran mediası və sosial şəbəkəsində çoxsaylı çıxışlar paylaşılır.

Bu qəbildən olan bəyanatlardan birini də Tehranın parlamentdəki nümayəndəsi Mahmud Nəbəvian səsləndirib.

O, Türkiyə və Pakistanı "Amerikanın nökərləri" adlandırıb və Səudiyyə Ərəbistanını bu ölkələrlə müdafiə paktı imzalamasına görə hədələyib:

"Amerika bazaları Səudiyyə Ərəbistanını xilas edə bilmədiyi kimi, səudiyyəlilər bilməlidirlər ki, Amerika nökərlərinə ümid etmək də onları xilas etməyəcək".

Nəbəvianın bu bəyanatı son aylarda Tehran rejimi ilə Körfəz Ərəb ölkələri arasında gərginliyin artdığı və Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətlərini və regional ittifaqlarını gücləndirməyə çalışdığı bir vaxta təsadüf edir. 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar