SON XƏBƏRLƏR

BƏƏ Hörmüz boğazında ADNOC gəmisinə İranın raket hücumunu pisləyib

2026.08.08, 15:05
BƏƏ Hörmüz boğazında ADNOC gəmisinə İranın raket hücumunu pisləyib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından keçən ADNOC gəmisinə İran tərəfindən raket hücumunu sərt şəkildə pisləyib və hadisə nəticəsində xəsarət alan olmadığını bildirib.

Gunaz.tv

BƏƏ Xarici İşlər Nazirliyi hücumu BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin “açıq şəkildə pozulması” kimi qiymətləndirib və beynəlxalq sularda naviqasiya azadlığının, eləcə də kommersiya gəmiçiliyinin qorunmasının vacibliyini vurğulayıb.

Nazirlik bildirib ki, SEPAH-ın Hörmüz boğazından “iqtisadi təzyiq və ya şantaj” vasitəsi kimi istifadə etməsi regional sabitlik və qlobal enerji təhlükəsizliyi üçün birbaşa təhdid yaradır.

BƏƏ İranı bu cür hücumlara son qoymağa, atəşkəsə tam şəkildə əməl etməyə və boğazın “tam və qeyd-şərtsiz” açılmasına imkan verməyə çağırıb.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar