SON XƏBƏRLƏR

İranda bir milyon işçi rəsmi məşğulluqdan çıxıb

2026.08.08, 15:35
İranda bir milyon işçi rəsmi məşğulluqdan çıxıb

Rəsmi məşğulluğun azalması İranda əmək bazarının başqa mənzərəsini ortaya qoyur.

Gunaz.tv

“İLNA” xəbər agentliyi əmək bazarı üzrə ekspertlərə istinadən bildirib ki, İranda açıqlanan təxminən 7 faizlik işsizlik göstəricisi ölkədə məşğulluğun real vəziyyətini tam əks etdirmir. İqtisadi fəallığın azalması və qeyri-rəsmi məşğulluğun genişlənməsi bu göstəricinin reallığı əks etdirməsinə mane olur.

Hesabatda istinad edilən məlumatlara görə, cari ilin yazında İranda təxminən 630 min sənaye iş yeri ləğv edilib. Həmçinin qadınların iqtisadi fəallıq səviyyəsi son iki ildə 16 faizdən bu ilin əvvəlində 11 faizə düşüb.

Əmək münasibətləri və sosial təminat üzrə ekspert Mehrdad Darani “İLNA”ya bildirib ki, Sosial Təminat Təşkilatında sığorta ödəyənlərin sayı bir il ərzində təxminən bir milyon nəfər azalıb. Onun sözlərinə görə, bu vəziyyət işçi qüvvəsinin əhəmiyyətli hissəsinin rəsmi və sabit məşğulluqdan qeyri-rəsmi, yarımştat və xidmət sahələrindəki işlərə keçdiyini göstərir.

O vurğulayıb ki, işsizliyin mövcud ölçülmə meyarlarına əsasən, hətta həftə ərzində qısa müddət işləyən şəxslər də məşğul hesab olunur. Bu səbəbdən rəsmi işsizlik göstəricisi İranda iqtisadi durğunluğun və məşğulluğun keyfiyyətinin pisləşməsinin real miqyasını tam əks etdirmir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar