SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda Şəhər Şurasının daha bir üzvü həbs edildi

2026.08.09, 12:33
Qərbi Azərbaycanda Şəhər Şurasının daha bir üzvü həbs edildi

Qərbi Azərbaycan əyalətinin Xoy rayonunun Qotur bölgəsinin Şəhər Şurasının kürd əsilli üzvü Bəhmən Müdirzadə həbs edilib.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

6 gü əvvəl həbs edilən Müdirzadənin həbs səbəbi və harada saxlandığı barədə açıqlama verilməyib.

Onun sosial mediada paylaşımlarına görə həbs olunduğu idia edilsə də, bu, rəsmi şəkildə təsdiqlənməyib.

Bəzi qeyri-rəsmi mənbələr onun sosial mediada edamlara qarşı paylaşımlarına görə həbs edildiyini iddia etsələr də, bəzi sosial media kanallarında Şəhər Şurasının üzvünün kürd qruplaşmaları ilə əlaqəli olduğunu bildirirlər.

Qeyd edək ki, ötən ay Urmiyanın Şəhər urasının kürd üzvü Sasan İbrahimzadə də həbs edilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar