SON XƏBƏRLƏR

Möhsün Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi təyin edildi

2026.08.10, 08:02
Möhsün Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi təyin edildi

Gunaz.tv

Möhsün Rezai İran Prezidenti Məsud Pezeşkianın sərəncamı ilə İran Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi təyin edilib.

İran mediası bazar günü İranın lideri Müctəba Xameneiyə aid olduğu bildirilən sərəncam yayıb. Sərəncama əsasən, Möhsün Rezai onun Milli Təhlükəsizlik Ali Şurasındakı nümayəndəsi təyin edilib.

Bu sərəncamın yayılmasından bir neçə saat sonra Məsud Pezeşkian da Rezaieni Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi vəzifəsinə təyin edib.

Milli Təhlükəsizlik Ali Şurasının katibi prezidentin sərəncamı ilə təyin olunur. İran prezidenti eyni zamanda Milli Təhlükəsizlik Ali Şurasına rəhbərlik edir. Mövcud qaydalara əsasən, şuranın katibi İran liderinin şuradakı iki birbaşa nümayəndəsindən biri olmalıdır.

Rezaienin Müctəba Xameneinin Milli Təhlükəsizlik Ali Şurasındakı nümayəndəsi təyin edilməsindən sonra şuranın katibi vəzifəsinə gətirilməsi bu qurumun rəhbərliyində dəyişikliklərlə eyni vaxta təsadüf edib.

Möhsün Rezai İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandirlərindən və İranın uzun illərdir siyasi və təhlükəsizlik strukturlarında fəaliyyət göstərən tanınmış simalarındandır. O, daha əvvəl də İranın siyasi və hərbi strukturlarında müxtəlif vəzifələrdə çalışıb.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar