SON XƏBƏRLƏR

İran İraqda kürd düşərgələrini vurdu

2026.08.12, 09:49
İran İraqda kürd düşərgələrini vurdu

İran İraqın Şimalında yerləşən Ərbil əyalətində Alana dərəsində Tehrana müxalif kürd silahlı təşkilatlarının düşərgələrinə raket və PUA-larla zərbələr endirib.

Gunaz.tv

Bu haqda İraq mediası məlumat yayıb.

Məlumata görə, zərbələr əsasən "Komele" və "Kürdüstan Demokrat Partiyası"nın düşərgələrinə endirilib.

Hücum nəticəsində insan tələfatının olmadığı bildirilib.

Fevralın 28-dən bu günə kimi İraqın şimalında yerləşən Kürdüstan Muxtariyyəti ümumilikdə 855 dəfə raket və PUA hücumlarına məruz qalıb.

Zərbələrin 580-i Ərbil əyalətinə, 244-ü Süleymaniyyə əyalətinə, 29-u isə Dehuk və Hələbçə bölgələrinə endirilib.

GünAzTv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar