SON XƏBƏRLƏR

Pakistan daxili işlər nazir Abbas Araqçı ilə görüşdü

2026.08.12, 15:33
Pakistan daxili işlər nazir Abbas Araqçı ilə görüşdü

Pakistanın daxili işlər naziri Möhsin Nəqəvi Tehrana səfəri zamanı İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, görüşün əsas məqsədi "regional təhlükəsizlik, sabitlik və Yaxın Şərqdəki mövcud prosesləri" nəzərdən keçirmək olub.

Görüş, İslamabadın regional gərginlik və Yaxın Şərq müharibəsi fonunda böhranı aradan qaldırmaq üçün vasitəçi rol oynamağa çalışdığı bir vaxtda baş tutub. 

Daha əvvəl Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Möhsin Nəqəvinin Baş nazir Şahbaz Şərif və Ordu rəisi Asim Munirin İran liderlərinə vacib bir mesaj çatdırdığını açıqlamışdı.

Pakistan son həftələrdə Tehranla diplomatik məsləhətləşmələrini artırıb və eyni zamanda İran, ərəb ölkələri, ABŞ və digər regional oyunçularla münasibətlərini idarə etməyə çalışır. 

GünAzTv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar