SON XƏBƏRLƏR

İranın dəniz mühasirəsi qeyri-müəyyən müddətə davam edə bilər

2026.08.13, 18:37
İranın dəniz mühasirəsi qeyri-müəyyən müddətə davam edə bilər

Hegset ABŞ-ın İranın dəniz mühasirəsini davam etdirə biləcəyini deyib.

Gunaz.tv

GünAz TV xəbər verir; ABŞ-ın müdafiə naziri Pit Hegset cümə axşamı bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarının dənizdən mühasirəsini “qeyri-müəyyən müddətə” davam etdirə bilər.

Hegset deyib: “ABŞ Hərbi Dəniz Qüvvələri İranın dənizdən mühasirəsini qeyri-müəyyən müddətə davam etdirə bilər. Çünki indiyədək etdiyimiz kimi, gəmiləri [dəyişdirərək] bölgəyə gətirib çıxara və geri apara bilərik və bunu davam etdirəcəyik.”

Bu mühasirə SEPAH tərəfindən Hörmüz boğazının bağlanmasından sonra Donald Tramp administrasiyasının bu addıma cavabı olaraq başlanıb. Bəzi ekspertlər hesab edirlər ki, İran limanlarının mühasirəyə alınması neft ixracını məhdudlaşdıraraq uzunmüddətli perspektivdə İran iqtisadiyyatına ciddi təzyiq göstərə bilər.

İran-Çin Ticarət Palatasının rəhbəri Məcidrza Həriri də dəniz mühasirəsinin davam etməsinin İran əhalisinin həyatına təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, Çindən İrana yüklərin quru yolu ilə daşınması “İran iqtisadiyyatına təxminən 18 milyard dollar əlavə xərc yükləyəcək”.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar