SON XƏBƏRLƏR

Misir Məkkə paktına qoşulmaq imkanını nəzərdən keçirir

2026.08.14, 11:15
Misir Məkkə paktına qoşulmaq imkanını nəzərdən keçirir

Misir Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin imzaladığı Məkkə paktına qoşulmaq imkanını hələlik nəzərdən keçirir.

Gunaz.tv

Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ati məlumat verib.

O bildirib ki, Qahirə bu məsələ ilə bağlı müxtəlif aspektləri, o cümlədən hüquqi və texniki məsələləri araşdırmalıdır.

Misir XİN rəhbərinin sözlərinə görə, ölkəsi müdafiə sazişinin iştirakçısı olan bütün dövlətlərlə sıx əlaqə və daimi koordinasiya saxlayır.

Məkkə paktı avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən imzalanıb. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə qarşı hücum bütün iştirakçılara qarşı təcavüz kimi qiymətləndiriləcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar