SON XƏBƏRLƏR

Təbrizdə iş qəzası- Ölənlər var

2026.08.15, 09:53
Təbrizdə iş qəzası- Ölənlər var

Təbrizin Sofyan siment zavodunda bədbəxt hadisə nəticəsində iki işçi həyatını itirib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Təbrizin Sofyan sement zavodunun istehsal xəttində isti xammal sızması baş verib. Bu hadisədən sonra iki işçi isti materialın altında qalaraq həyatını itirib.

Hadisənin xammal klapanının təsadüfən açılması səbəbindən baş verdiyi bildirilib.

İşçilərin kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, İran iş yerlərində təhlükəsizlik qaydalarının qorunmadığına və işçilərin ölüm sayına görə, dünya ölkələri arasında ən aşağı pillələrdən birində, 102-ci yerdədir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar