SON XƏBƏRLƏR

Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı

2026.08.15, 23:48
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı

Husilərin raket hücumları Yəmənin Moha limanında ticarət və dəniz fəaliyyətini dayandırıb.

Gunaz.tv

Moha limanının direktoru bildirib ki, son günlər liman 25-dən çox raketlə hədəfə alınıb. Hücumlar nəticəsində 7 nəfər ölüb və təxminən 16 milyon dollar maddi ziyan dəyib.

Moha limanı Qırmızı dənizin sahilində, Babül-Məndəb boğazının yaxınlığında yerləşir. Bu strateji keçid Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir.

Yəmən hökuməti bildirib ki, husilər cümə günü Moha istiqamətinə 6 ballistik raket atıb. Hücum nəticəsində azı 4 mülki şəxs həlak olub, mülki və dəniz infrastrukturu zərər görüb.

Husilər isə bildiriblər ki, hücumların hədəfi Möhada Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin canlı qüvvə, silah və döyüş gəmilərinin toplaşdığı ərazilər olub.

Yəməndə genişmiqyaslı döyüşlər 2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra azalıb. Lakin davamlı siyasi həllə nail olmaq cəhdləri hələ də nəticə verməyib.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar