SON XƏBƏRLƏR

Etiraz qorxusu; Fars xəbər agentliyi məscid və Bəsic bazalarından etirazlara qarşı hazır olmağı tələb etdi

2026.08.16, 08:40
Etiraz qorxusu; Fars xəbər agentliyi məscid və Bəsic bazalarından etirazlara qarşı hazır olmağı tələb etdi

Gunaz.tv

İran İnqilab Keşikçiləri Korpusuna bağlı Fars xəbər agentliyi şənbə günü yayımladığı məqalədə İranda yeni küçə etirazlarının baş verə biləcəyi ehtimalını irəli sürüb.

Məqalədə deyilir: “Düşmənin iğtişaş yaratmaq ehtimallarından biri məhəllələrin imkanlarından istifadə etməkdir; təkcə əsas meydan və küçələrdən deyil.”

Fars xəbər agentliyi məscidlərin və Bəsic bazalarının “hər məhəllənin onurğa sütunu” kimi “şəbəkələşmə” və müxaliflərin “müəyyənləşdirilməsi” üçün hazır vəziyyətdə olmasını istəyib. Məqalədə müxaliflər “həssas şəxslər” və “şübhəli aktorlar” adlandırılıb.

Məqalədə həmçinin deyilir: “Məhəllənin xəritəsinin hazırlanması, həssas şəxslərin və şübhəli aktorların müəyyənləşdirilməsi və böhran zamanı rolların müəyyən edilməsi bu şəbəkənin tələblərindəndir.”

İran hakimiyyəti indiyədək xalq etirazlarını dəfələrlə “düşmən”lə əlaqələndirib.

Hakimiyyət rəsmiləri daha əvvəl hökumət əleyhinə etirazlar zamanı məscidlərə ziyan dəyməsini də tənqid ediblər. İndi isə SEPAH-a bağlı Fars məscidlərdən etirazların yatırılması üçün hazır olmalarını tələb edir.

Məqalə Britaniya mediasının Hüseyn Taibin Müctəba Xameneinin əmri ilə Bəsicə qayıtması barədə məlumatlarından sonra yayımlanıb. Britaniya mediası Taibin geri qayıtmasını İran hakimiyyətinin ölkədə yenidən genişmiqyaslı küçə etirazlarının baş verə biləcəyi ilə bağlı narahatlığı ilə əlaqələndirib.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar