SON XƏBƏRLƏR

ABŞ-nin bu təyyarədaşıyan gəmisi də Yaxın Şərqə gedir

2026.08.17, 09:03
ABŞ-nin bu təyyarədaşıyan gəmisi də Yaxın Şərqə gedir

ABŞ "USS George Washington" təyyarədaşıyan gəmisini Sakit Okeanın qərbindən Yaxın Şərqə göndərir. O, təxminən doqquz aydır dənizdə olan "USS Abraham Lincoln" gəmisini əvəz edəcək.

Gunaz.tv

Bu barədə "Associated Press" məlumat yayıb.

Məlumat görə, Yaponiyada yerləşən "USS George Washington" bu həftə Malakka boğazından idarə olunan raket esmineslərinin müşayiəti ilə keçib.

Mütəxəssislərin fikrincə, Sakit Okeanda Amerika təyyarədaşıyan gəmilərinin olmaması Çinə regionda gücünü nümayiş etdirmək üçün fürsət yarada bilər.

"USS Abraham Lincoln" noyabrda planlaşdırılan yerləşdirilməyə başlayıb və yanvar ayında İrana qarşı əməliyyatda iştirak etmək üçün Yaxın Şərqə köçürülüb. "The Wall Street Journal"ın məlumatına görə, hazırda təyyarədaşıyan gəmi İran limanlarının blokadasında iştirak edir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar