SON XƏBƏRLƏR

Urmiya gölündə su miqdarı yenidən azalmağa başladı

2026.08.18, 10:39
Urmiya gölündə su miqdarı yenidən azalmağa başladı

Hazırda Urmiya glündə mövcud olan su miqdarı 3 milyard 140 milyon kubmetrdir.

Gunaz.tv

Bunu Urmiya gölünün bərpası üzrə Milli İşçi Qrupunun katibi Rza Rəhmani deyib.

O, bu miqdaın ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 dəfə çox olduğunu bildirib.

Ötən ay göldə su miqdarı 4 milyard 200 milyon kubmetr olsa da, temperaturun yüksəlməsi ilə eyni vaxtda bu tədricən buxarlanmağa və azalmağa başlayıb.

Bundan əvvəl isə ekoloqlar bunu proqnozlaşdırıb və yay aylarında göldəki suyun miqdarının təxminən 2 milyard kubmetrə qəər azalacığını bildrimişdilər.

Qeyd edək ki, Urmiya gölünün maksimum ekoloji (tarixi ideal) su tutumu təxminən 30–32 milyard kubmetr, sahəsi isə təxminən 5000–6000 kvadratkilometr olub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar