SON XƏBƏRLƏR

İranda kağız çatışmazlığı məktəb dərsliklərində dəyişiklikləri məhdudlaşdırıb

2026.08.18, 11:21
İranda kağız çatışmazlığı məktəb dərsliklərində dəyişiklikləri məhdudlaşdırıb

İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümündən sonra bütün məktəb dərsliklərinə dəyişiklik etmək mümkün olmayıb.

Gunaz.tv

İranın Təhsil Araşdırmaları və Planlaşdırma Təşkilatının rəhbəri Əli Lətifi bildirib ki, bu tədris ili üçün təxminən 163 milyon dərslik çap edilməli olub. O deyib ki, Əli Xameneinin ABŞ və İsrailin həyata keçirdiyi zərbələr nəticəsində öldürülməsindən əvvəl hazırlanaraq çap edilmiş dərslikləri məhv edib yenidən çap etmək həm tələb olunan kağızın miqdarına, həm də vaxt məhdudiyyətlərinə görə mümkün olmayıb.

İran liderlərinin məktəblərdə və dərsliklərdəki şəkilləri 2022-ci ildə ölkə üzrə keçirilən etirazlardan sonra şagirdlərin etirazlarının əsas hədəflərindən birinə çevrilmişdi. Həmin dövrdə şagirdlər Əli Xamenei və İslam Respublikasının qurucusu Ruhulla Xomeyninin şəkillərini dərsliklərdən cıraraq çıxarır, həmçinin onların portretlərini sinif otaqlarının divarlarından götürürdülər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar