SON XƏBƏRLƏR

Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir

2026.08.18, 12:13
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir

Azərbaycan Milli Hərəkatının fəalı və Evin həbsxanasında saxlanılan siyasi məhbus Ayaz Seyfkhah 12 günlük müharibə zamanı sol qulağından ağır xəsarət alıb. Məlumatlara görə, hazırda onun sol qulağı eşitmə qabiliyyətini tamamilə itirib.

Gunaz.tv

Bildirilir ki, Ayaz Seyfkhahın sol qulaq pərdəsi Evin həbsxanasına raket hücumu zamanı zədələnib. Həbsxana həkimləri müayinədən sonra onun həbsxanadan kənarda, xəstəxanada müalicə almasına ehtiyac olduğunu bildirərək xəstəxanaya göndərilməsi üçün müraciət ediblər. Lakin həbsxana rəhbərliyi büdcənin olmadığını əsas gətirərək onun xəstəxanaya göndərilməsinə mane olur.

Ayaz Seyfkhah 2024-cü ilin fevralında ədalətli məhkəmə araşdırmasının əsas prinsiplərinə əməl edilmədən həbs olunub. O, 2024-cü ilin oktyabrında hakim Əbülqasım Salavatinin sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökm apellyasiya məhkəməsində də təsdiqlənib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar