SON XƏBƏRLƏR

ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib

2026.08.19, 13:03
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib

Avqustun 17-i yerli vaxtla axşam saatlarında Amerikanın Los-Anceles şəhərində İran Məşrutə Partiyasının baş katibi Fuad Paşai sui-qəsdə məruz qalıb.

Gunaz.tv

Bu haqda partiya özünün sosial media hesabında məlumat yayıb.

Məlumata görə, aöır yaralanan siyasi fəal xəstəxananı reanimasiya bölməsinə yerləşdirilib.

Polisin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilsə də, sui-qəsdin kim və ya hansı qrup tərəfindən törədildiyi hələlik məlum deyil.

Qeyd edək ki, İran Məşrutə partiyası İslam Respublikasının qarı müxaliflərindən və monarxiya tərəfdarıdır.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar