SON XƏBƏRLƏR

İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib

2026.08.19, 15:53
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib

İraqın Baş naziri Əli əl-Zeydi hökumətin "silah üzərində inhisar" üçün son tarixi yaxınlaşdığı ilə eyni vaxtda Tehrana yaxın silahlı qruplardan təhdid mesajları alıb.

Gunaz.tv

Bu haqda İraq hökumətinə yaxın media məlumat yayıb.

Məlumata görə, təhdidlər səbəbindən baş nazirin iqamətgahı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bildirilir ki, bu təhdidlər İraq hökumətini Bağdadın Yaşıl Zonasında dronlara qarşı təhlükəsizlik tədbirlərini gücləndirməyə məcbur edib.

Rəsmi olaraq "Beynəlxalq Zona" kimi tanınan Yaşıl Zonada İraqın üç prezident qurumunun ofisləri, bir neçə nazirlik və dövlət qurumu, eləcə də səfirliklər və diplomatik nümayəndəliklər yerləşir və ABŞ səfirliyi ərazidə yerləşən ən vacib diplomatik nümayəndəlikdir.

İraq hökumət mənbələri bildirib ki, daxili və xarici kəşfiyyat orqanları hökuməti baş naziri hədəf almaq cəhdi barədə məlumatlandırıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar