SON XƏBƏRLƏR

Fransa iranlı diplomatını ölkədən çıxardı

2026.08.19, 21:43
Fransa iranlı diplomatını ölkədən çıxardı

Fransa hökuməti çərşənbə günü İranın bu ölkədəki səfirliyinin mədəniyyət müşaviri Nilufər Şadmehrini ölkədən çıxarıb.

Gunaz.tv

Fransanın xarici işlər naziri bundan əvvəl Parisin qarşılıq olaraq İran səfirliyinin iki əməkdaşını ölkədən çıxaracağını açıqlamışdı. İkinci şəxsin adı və vəzifəsi hələ açıqlanmayıb.

Bu addım İran Xarici İşlər Nazirliyinin Tehrandakı Fransa səfirliyinin iki keçmiş əməkdaşını “beynəlxalq hüquqa, xüsusilə 1961-ci il Diplomatik Münasibətlər haqqında Konvensiyaya zidd fəaliyyət” göstərdikləri iddiası ilə arzuolunmaz şəxs elan etməsindən və onların İrana qayıtmasına icazə verməməsindən sonra atılıb.

Yayılan məlumatlara görə, həmin iki şəxs Fransa səfirliyinin mədəniyyət bölməsinin əməkdaşları olub və mədəniyyət layihəsi çərçivəsində iki iranlı qrafik dizaynerlə görüşüblər. Həmin iki qrafik dizayner də bu görüşdən sonra həbsdə saxlanılır.

 

Gunaz TV
R.G

Tehran iki fransız əməkdaşı ölkədən çıxardı, Paris cavab verdi

2026.08.18, 21:42

Tehran iki fransız əməkdaşı ölkədən çıxardı, Paris cavab verdi

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar