SON XƏBƏRLƏR

Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya

2026.08.20, 15:22
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü Yəməndə öldürülən üç xarici döyüşçü arasında olub.

Gunaz.tv

Bu barədə Al Arabiya Yəmən hərbi mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, öldürülən üçüncü şəxs SEPAH ilə əlaqəli iraqlı olub.

Məlumata görə, üç nəfər Yəmən hökumət qüvvələri ilə toqquşmalar zamanı öldürülüb. Toqquşmaların harada və nə vaxt baş verdiyi isə hələlik məlum deyil.

Al Arabiya həmçinin Yəmən mənbələrinə istinadən bildirib ki, husilərin “Fəth Briqadaları” adlandırılan qüvvələrinin Üçüncü Briqadasının komandiri pilotsuz uçuş aparatının həyata keçirdiyi zərbə nəticəsində yaralanıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar