SON XƏBƏRLƏR

Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı

2026.08.20, 18:15
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı

Neftin qiyməti nəzarətdən çıxır?

Gunaz.tv

Dünya neft qiymətləri cümə axşamı artımını davam etdirib. Brent markalı neftin bir barrelinin qiyməti 94 dollara yaxınlaşıb, ABŞ neftinin qiyməti isə 86 dolları keçib.

Bu qiymətlər avqust ayında neftin çatdığı ən yüksək səviyyə hesab olunur. Ekspertlər Hörmüz boğazındakı vəziyyətlə bağlı qeyri-müəyyənliyin davam etməsini və İranla ABŞ arasında gərginliyin artmasını neft qiymətlərinin yüksəlməsinin əsas səbəbləri sırasında göstərirlər.

Neftin bahalaşması ABŞ Prezidenti Donald Trampın İran hakimiyyətinə iqtisadi təzyiqi artırmaq məqsədilə yeni kampaniyaya başlayacağını açıqladığı bir vaxta təsadüf edir.


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar