SON XƏBƏRLƏR

İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir

2026.08.20, 19:48
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir

Gunaz.tv

İraq Nümayəndələr Məclisinin sədri Heybət əl-Həlbusi İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın paylaşdığı görüntüyə cavab olaraq, “X” sosial şəbəkəsində qarşısında “Ərəb körfəzi” yazılmış xəritə olan fotosunu yayımlayıb.

Hazırda İraqda səfərdə olan Qalibaf çərşənbə günü arxa planda “Fars körfəzi” yazılmış xəritənin göründüyü fotosunu paylaşmışdı. Bir gün sonra Həlbusi həmin paylaşımına cavab olaraq oxşar foto yayımlayıb. Lakin onun qarşısındakı xəritədə bu dəfə “Ərəb körfəzi” ifadəsi yer alıb.

İraq parlamenti sədrinin bu addımı sözügedən su hövzəsinin adı ətrafında davam edən siyasi və media mübahisələri fonunda Qalibafın paylaşımına birbaşa cavab kimi qiymətləndirilib.

 

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar