SON XƏBƏRLƏR

Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar

2026.08.22, 10:06
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar

Iranda bir qrup universitet müəllimi, jurnalist və ictimai fəal siyası məhbuslarla bağlı bəyanat yayıblar.

Gunaz.tv

Onlar xüsusən son vaxtlar siyasi məhbuslara qarşı təzyiqlərin daha da artdığını vurğulayıblar.

Bəyanat müəllifləri siyasi fəaliyyətlərinə görə saxlanılanların barələrində irəli sürülən ittihamların əsassız olduğuna diqqət çəkiblər:

"Onların bir çoxu işgəncə və təzyiq altında saxta etiraf verməyə məcbur edilib, vəkillə təmin olunmayıb və sifarişli məhkəməllərdə uzun illik həbslərə, edam cəzalarına məhkum ediliblər".

Bəyanatı imzalayanlar, hakimiyyətin bu vasitə ilə cəmiyyətdə və narazılar arasında qorxu mühiti yaradaraq yeni etiraz dalğasının qarşını almağa çalışdığını qeyd edirlər.

Bunun qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını Tehran hökümətinə qarşı təzyiqlərin artırılması istənilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar