SON XƏBƏRLƏR

İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat

2026.08.22, 13:25
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat

Hesabatlar İranda qadın məhbuslara qarşı cinsi zorakılıq hallarının artdığını göstərir.

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp cümə günü, 30 mordad axşamı “Truth Social” sosial şəbəkəsində atəşkəs dövründə İrandakı qadın məhbuslara qarşı cinsi təzyiq və zorakılıq hallarının artması barədə hesabatı yenidən paylaşıb.

“Media Line”a istinadla yayımlanan hesabatda dindirmələr zamanı qadınlara qarşı cinsi zorakılıq halları barədə məlumat verilir. Hesabata görə, etirazçılardan biri dindirmə zamanı dəyənəklə təcavüzə məruz qaldığını bildirib.

Digər bir halda isə məmurların bir şəxsə onun həyat yoldaşının şərəf və ləyaqətinə toxunduqlarını söyləməsindən sonra həmin şəxsin intihara cəhd etdiyi bildirilir.

Məqalədə həmçinin hüquq müdafiə qruplarına istinadla müharibə başlayandan indiyədək İranda azı 3 646 nəfərin saxlanıldığı qeyd olunur.

Xəbər mediası hesabatda yer alan məlumatları müstəqil şəkildə yoxlamaq imkanının olmadığını bildirib.

“Media Line” həmçinin yazıb ki, İranda internetin kəsilməsi və məhdudlaşdırılması müstəqil məlumatlara çıxışı çətinləşdirib. Bu səbəbdən həbslərin və qadın məhbusların hüquqlarının pozulması, o cümlədən cinsi zorakılıq hallarının real miqyası tam aydın deyil.

 

GÜNAZ TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar