SON XƏBƏRLƏR

Fransa Ukraynaya raket göndərişini sürətləndirir

2026.08.22, 19:33
Fransa Ukraynaya raket göndərişini sürətləndirir

Makron Fransanın Ukraynaya hava hücumundan müdafiə avadanlıqlarının çatdırılmasının sürətləndiriləcəyini vəd edib.

Gunaz.tv

Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü, Fransanın Prezidenti Emmanuel Makronla Ukraynanın hava hücumundan müdafiə sistemləri sahəsindəki çatışmazlıqları barədə danışdığını və Makronun yeni Fransa avadanlıqlarının çatdırılmasını sürətləndirməyə söz verdiyini bildirib.

Zelenski “Telegram”da yazıb: “Ən yeni avadanlıqların və Fransa raketlərinin çatdırılmasını sürətləndirmək barədə razılaşdıq”, lakin əlavə təfərrüat verməyib.

O həmçinin deyib: “Raketlərin istehsalı üçün zəruri icazələrin verilməsinə hazır olduğunun təsdiqlənməsini yüksək qiymətləndirirəm.”

 

GÜNAZ TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar