SON XƏBƏRLƏR

Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı

2026.08.23, 14:38
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı

Gunaz.tv

İranda açıq bazarda dolların məzənnəsi avqustun 23-də 198 min 200 tümənə çataraq yeni rekord müəyyənləşdirib. Dolların orta məzənnəsinin isə təxminən 197 min 420 tümən olduğu bildirilib.

Dollar şənbə günü 193 min 480 tümənə satılıb. Beləliklə, ABŞ valyutasının məzənnəsi bir gün ərzində bir neçə min tümən artıb.

GünAz TVnın məlumatına görə; son həftələrdə valyuta və qızılın qiymətinin artması Tehran-Vaşinqton arasında gərginliyin yüksəlməsi, İrana qarşı sanksiyaların sərtləşdirilməsi və danışıqların bərpası ilə bağlı qeyri-müəyyənlik fonunda baş verib.

Birləşmiş Ərəb Əmirliklərinin İranla hər cür ticarət və maliyyə mübadiləsini dayandıracağını açıqlamasından sonra valyuta məzənnələrinin artımı davam edib.

İran Mərkəzi Bankı şənbə günü ölkənin valyuta ehtiyatlarının artması ilə bağlı xəbərləri təkzib edib və neft satışından və ya digər mənbələrdən yeni valyuta vəsaitlərinin bankın ehtiyatlarına əlavə edilmədiyini açıqlayıb.

 

GÜNAZ TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar